3 milyon 439 min 629 seçici səs verib

Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına görə, seçici fəallığı 66,84%-olub

Azərbaycan Saat 17:00-a olan məlumata görə, ölkə üzrə 3 milyon 439 min 629 seçici səs verib. Бu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir. Bu da ümumi seçicilərin 66,84%-dir. Saat 17:00 açıqlanan rəqəmlərə görə hazırda ən aktiv seçki dairəsi 14 saylı Xəzər Seçki Dairəsidir. Burada 47102 seçicidən artıq 36270 (77,00 %) nəfəri öz seçimini edib. Ən passiv seçki dairəsi isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. 46 məntəqədə 49359 seçicinin iştirakı gözlənilir. Hazırda 17 saylı seçki məntəqsində saat 17:00 kimi 25389 (51,44 %) seçici səs verib. Xatırladaq ki, ölkə üzrə seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.