İnsan Alverinə qarşı Mübarizə İdarəsinin adı dəyişdirildi



Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsinin adı dəyişdirilib. Lent. az-ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” fərmanında dəyişikliklər etməklə bağlı fərman imzalayıb. Dəyişikliyə əsasən, özügedən idarə bundan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi adlandırılacaq.