İmişlidə şəhid ailələri yaşayan kənddaxili yollar asfaltlanıb

İmişli rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsini daim yaşatmaq diqqətdə saxlanılır.

"Report"un Muğan bürosunun məlumatına görə, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Tural İlham oğlunun, Gülalıyev Əlnur Seymur oğlunun və antiterror əməliyyatlarında şəhid olan Babaşov Ucal Nərbala oğlunun ailə üzvlərinin yaşadıqları rayonun Xəlfəli kəndində kənddaxili yollar abadlaşdırılaraq yeni asfalt örtüyü salınıb.

Sözügedən yollarda tikinti norma və standartlarına uyğun olaraq aparılıb və bu yolla hərəkət zamanı yaranmış çətinliklər aradan qaldırılıb.

Hazırda şəhid ailələrinin yaşadıqları digər ərazilərdə təmirsiz yolların asfaltlanması istiqamətində görülən işlər davam etdirilir.