Orxan Zeynalovu saxlayan polislər təltif olundu

Yeqor Şerbakovun qətlinin üstünün açılmasında fərqlənmiş polis əməkdaşlarına ilk dəfə xüsusi xidmət vəsiqələri təqdim edilib

Moskvada qətl törətməkdə şübhəli bilinən soydaşımız Orxan Zeynalovun saxlanılmasında fərqlənmiş polislərə xüsusi xidməti vəsiqələr təqdim edilib. Dünən Rusiya DİN-ində xidməti fəaliyyətində yüksək nailiyyətlər əldə etmiş daxili işlər orqanlarının ən yaxşı əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Yeqor Şerbakovun qətlinin üstünün açılmasında fərqlənmiş polis əməkdaşlarına ilk dəfə olaraq bu vəsiqələr təqdim edilib.

Qeyd edək ki, Orxan Zeynalovu saxlayan zaman polis əməkdaşları qeyri-insani hərəkətləri diqqəti cəlb etmişdi.