Bakıda taksi sürücüsündən soyuq silah tapıldı

Keçirilən reyd zamanı onlarla sürücü cərimələnib

Nəqliyyat Nazirliyi ilə yol polisinin reydləri davam edir. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, reyd zamanı onlarla sürücü cərimələnib. Reydlərdə sərnişin avtobuslarını sürücülük vəsiqəsiz idarə edənlər, o cümlədən xarici görkəmi bərbad olan avtomobillər, həmçinin texniki vəziyyəti təhlükəsizliyə cavab verməyən maşınların sürücüləri cərimələnib. Reydlər zamanı dayanması qadağan olan yerlərdə saxlanılan avtomobillər cərimə meydançasına aparılıb. O cümlədən bir taksi sürücüsündən soyuq silah kimi işlədilə bilən bıçaq tapılıb. Bıçaq müsadirə olunub.