Dəhşətli ailə dramı: ər arvadını, sonra isə özünü güllələdi

Ailə münaqişəsi zəmnində baş verən hadisənin daha dəqiq təfərrüatları barədə hələlik məlumat verilmir

Hacıqabul rayonunda dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ər əvvəlcə həyat yoldaşını, daha sonra özünü öldürüb. Belə ki, rayonun Kolanı kəndində yaşayan 1964-cü il təvəllüdlü Əlsahib Əlabbas oğlu Dəmirov həyat yoldaşı 1964-cü il təvəllüdlü Kafiya Nüsrət qızı İsmayılovanı odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirib. Əlini ömür-gün yoldaşının qanına bulayan Əlsahib Dəmirov daha sonra eyni silahla öz canına qəsd edib. Ailə münaqişəsi zəmnində baş verən hadisənin daha dəqiq təfərrüatları barədə hələlik məlumat verilmir. Faktın səbəbləri Hacıqabul rayon Prokurorluğunda araşdırılır.