Gorədildə oğul bu hərəkətinə ömür boyu əzab çəkəcək

Hadisə baş verərkən ata sərxoş olub və söyüş söyüb

Oğulu etdiyi hərəkət ömrünün sonuna qədər yandıracaq. Onun atdığı dəmir parçası atasının həyatına son qoyub. Hadisə dünən Abşeron rayonu, Gorədil kəndi ərazisində baş verib. Rayon polis şöbəsindən milli.az-a verilən məlumata görə, 23 yaşlı Ceyhun Muxtarov dəmir borusunu 45 yaşlı atası Orduxana atıb. Dəmir onun başına dəyib və kişi dünyasını dəyişib. Hadisə baş verən zaman O.Muxtarov sərxoş imiş və oğlunu söyürmüş. Faktla bağlı araşdırma gedir.