Gələn ildən Azərbaycanda qadınların pensiya yaşı artırılacaq. Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev Milli Məclisdə çıxışı zamanı qadınlar üçün pensiya yaşının 2014-cü ildən 59 yaş yarım olacağını bildirib. O, pensiya üçün tələb olunan sosial sığorta stajının isə dəyişməyəcəyini qeyd edib. Sözsüz ki, pensiya yaşının artırılması məsələsi də cəmiyyətdə xoş qarşılanmır. Sadə bir səbəbdən ki, onsuz da Azərbaycanda insanların orta ömür yaşı kişilər üçün 60-65, qadınlar üçün 65-70-i ötmür. Hələ bəlkə daha da tez. Yəni ömrümüz getdikcə qısalır. 59-60 yaşında nəhayət ki, təqaüdə çıxan qadın uzaqbaşı 3-4 il illərlə çəkdiyi zəhmətin bəhrəsini görə biləcək. Kişilər üçünsə bunu söyləmək xeyli çətindir. Ümumiyyətlə, son illər dünyada insan ömrünün qısalması tendensiyası hökm sürür. Belə olan halda hökumət büdcə kəsirini təqaüd yaşlı insanların sayının azalması hesabınamı bağlamaq istəyir?! Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli isə qadınların pensiya yaşının artırılması ilə bağlı DSMF rəsmisinin açıqlamasının yeni qərar olmadığını açıqlayıb: "Bir neçə il əvvəl qəbul olunan qərara əsasən qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə 63 yaş olacaq. Sadəcə vətəndaşlar hökumətdən incik düşməsin, sosial narazılıqlar baş verməsin deyə, bu qərar mərhələ-mərhələ icra olunur. Yəni hər il yaş həddi 6 ay nisbətində dəyişir. Bu mənada həmin qərardan üzü bu yana hər il qadınların pensiya yaşı 6 ay artır”. Hazırda qadınlar üçün yaş həddinin 59 olduğunu vurğulayan millət vəkili gələn il üçün də bu yaşın 59 yarım olmasının təbii olduğunu vurğulayıb: "Əvvəllər qadınların pensiya yaşı 57 idi. Kişilərdə isə 60 idi. Qərarın icrasından sonra isə müntəzəm olaraq hər il müvafiq artım gedir. Bu rəqəm qadınlarda 60 yaşa, kişilərdə isə 63 yaşa çatdıqdan sonra isə bu tendensiya yekunlaşacaq. Elman Mehdiyevin qadınların pensiya yaşının artması barədə səsləndirdiyi fikirlər də onun mülahizəsi deyil. O, əvvəlcədən qanunvericilikdə yer alan faktı səsləndirib”.
Qadınların hər il pensiya yaşı 6 ay artırılır
22:45 15.11.2013
Arxiv
5917
Əli Məsimli: “Bu qərar mərhələ-mərhələ icra olunur”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kamala Harrisin evindəki oğurluqla bağlı iki nəfər həbs edilib
13:17 12.01.2025
Dünya
Keçmiş nazir müavini pedofiliyada şübhəli bilinərək həbs olunub
13:11 12.01.2025
Dünya
Biləsuvarda əməliyyat zamanı narkotik vasitə aşkarlanıb
13:03 12.01.2025
Hadisə
Jude Lou yeni filmdə Putini oynayacaq: "Kreml sehrbazı" gəlir
12:55 12.01.2025
Mədəniyyət
Xalq artisti Hacı İsmayılov bağ evini 80 000 manata satır
12:31 12.01.2025
Mədəniyyət
Türkoloq Gülxanım Vəliyeva vəfat edib
12:26 12.01.2025
Elm
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi yandı
12:14 12.01.2025
Hadisə
Bu gün "Real Madrid" və "Barselona" komandaları qarşılaşacaq
11:51 12.01.2025
İdman
Sankt-Peterburqun hava limanı bağlandı
11:29 12.01.2025
Dünya
Fransada dəhşətli virus: İnsanlar ölənə qədər rəqs edir…
11:17 12.01.2025
Sağlamlıq
İran ordusu tam döyüş hazırlığına gətirildi - Heydəri hədələdi
10:49 12.01.2025
Gündəm
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazırdır
10:49 12.01.2025
Gündəm
Trampın istintaqını aparan xüsusi prokuror istefa verib
10:17 12.01.2025
Siyasət
Paşinyanın 3 prioriteti var: Sülh prosesi, Real Ermənistan…
10:14 12.01.2025
Siyasət
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
10:03 12.01.2025
Media
Pulkovo hava limanı bağlanıb
09:51 12.01.2025
Dünya
Canan Karatayın su içməklə bağlı iki sirri...
09:47 12.01.2025
Sağlamlıq
Sumqayıtda naməlum şəxs maşında yanaraq ölüb - FOTO - YENİLƏNİB
09:19 12.01.2025
Hadisə
Los-Ancelesdə meşə yanğınları zamanı 13 nəfər ölüb
09:17 12.01.2025
Dünya
Smart üzüklər daimi müayinə həkiminiz olacaq
08:53 12.01.2025
Sağlamlıq
Əməkdar artist sevgi düsturunu tapdı - VİDEO
08:21 12.01.2025
Şou
Trampın istintaqını aparan xüsusi prokuror istefa verib
08:17 12.01.2025
Siyasət
Kolumbiyada təyyarə qəzası nəticəsində 10 nəfər həlak olub
07:59 12.01.2025
Hadisə
Bu il iki yeni milli park yaradılacaq: ərazilər məlum olub
07:33 12.01.2025
Ölkə
Kəsmiyi bu məhsullarla yemək qadağandır
06:33 12.01.2025
Sağlamlıq