Evi qarət edən dəstə üzvləri saxlanıldı



Azərbaycanda ərlə arvadı odlu silahla hədələyərək evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparan dəstənin üzvləri tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Əzizağa Soltanovun, Zaur Əliyevin, Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olduğuna görə tutulmuş Lətif Nəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2012-ci il oktyabrın 29-da Balakən Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Vasif Qarayev və Ramin adlı şəxslə birgə Mübariz Əlicanovu və onun arvadı Könülü odlu silahla hədələyərək əllərini kəmərlə bağlayıb, evdən 4 min manat pul, 10 min manat dəyərində qızıl və digər əşyaları aparmaları da müəyyən edilib.