Kafedə oğurluq olub



Noyabrın 14-ü saat 13:00 radələrində Təbriz küçəsində yerləşən kafedə oğurluq hadisəsi baş verib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, sözügedən kafedə çalışan Bakı şəhər sakini Rəşad Quliyev iş yoldaşı Orxan Talışlıya məxsus, içərisində 78 manat, 1060 rubl və 1 ABŞ dolları olan pul kisəsini masanın üzərindən oğurlayıb. Oğurluqda təqsirli bilinən R.Quliyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi və Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.