Şübhəli şəxs saxlanıb



Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Qasım Tağıyev saxlanılıb. Saxlanılan şəxsin üzərindən 0,357 qram heroin aşkarlanaraq götürülüb. Bu barədə məlumat verən Bakı Şəhər Baş Polis İdarəsindən bildirilir ki, təqsirləndirilən şəxs oktyabrın 30-da Şərifzadə küçəsində Bəhram Həziyevin, iyulun 26-da isə həmin küçədə yerləşən bazarın arxa tərəfindən Mirzə Əmirovu bıçaqla hədələyərək mobil telefonunu əlindən alıb.