Tillerson Türkiyədə: Suallar qarşısında dondu qaldı

Türkiyə və dünyanın gözü bu gün paytaxt Ankarada, bir-birinin ardınca gələn son dəqiqə xəbərlərə yönəlib. Xarici işlər naziri Çavuşoğlu və ABŞ-lı həmkarı Tillerson mətbuat konfransında kameraların qarşısına birlikdə çıxıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Çavuşoğlu Ankaranın gözləntilərini bir-bir sıralayıb. Can dərdi dayandığı üzündə əks olunan ABŞ xarici işlər naziri Tillerson, mətbuat konfransında bütün suallara eşqbazlıq cavablar verdi. Tillerson, iki ölkənin ən əhəmiyyətli ortaq hədəflərindən birinin İŞİD-in məğlub edilməsi olduğunu ifadə etdi, ancaq YPG və FETÖ sualları  havada qaldı.
Ərdoğan -Tillerson görüşü bir saat olaraq planlanmışdı, ancaq görüş iki saat çəkdi. Ərdoğan, həmsöhbətinə "Terrorla mübarizədə doğru və qanuni aktorlar əhəmiyyətlidir" dedi.
ABŞ xarici işlər naziri, səfər proqramında olmamasına baxmayaraq sürpriz bir şəkildə Baş nazir Yıldırımla da bir araya gəldi. FETÖ və İŞİD mövzusu da daxil 40 dəqiqəlik görüşdən sonra Baş nazirlik şərhində "Fətullah Gülənin qaytarması ilə bağlı atılması gözlənilən addımlar müzakirə olunub" deyə bildirilib.