"Range Rover" 55 ildən sonra loqosunu yenilədi
Yusif Nəzərli
01:40 11.07.2025
Arxiv
1453
Range Rover 55 ildən sonra loqosunu yeniləyib.
Milli.Az xəbər verir ki, "Range Rover" 2025-ci ildə 55 illik yubileyini qeyd edərkən markanın tarixində ilk dəfə olaraq yeni loqo təqdim edib. Yeni emblem markanın minimalist üslubunu əks etdirən iki "R" hərfini birləşdirərək yaradılıb.
Bu dəyişiklik Range Rover-in Jaguar, Defender və Discovery ilə birlikdə Jaguar Land Rover (JLR) tərəfindən "House of Brands" strategiyası çərçivəsində müstəqil bir marka olaraq mövqeyini gücləndirmək məqsədini daşıyır.
Yeni loqo markanın gələcək elektrikli SUV-lərini təqdim etməzdən əvvəl təqdim olunub və "Range Rover pattern" adlı yeni bir naxışla birlikdə istifadə ediləcək. Bu vizual yeniliklər "Range Rover"in lüks cazibəsini artırmağı və premium elektrikli SUV seqmentində lider mövqeyini möhkəmləndirməyi hədəfləyir.
Bununla belə, yeni loqo, markanın ənənəvi "Range Rover" yazısının yerini tutmayacaq. Yeni emblem, əsasən kiçik ölçülü sahələrdə, etiketlərdə və təkrarlanan naxışlarda istifadə ediləcək.
Yeni loqonun təqdimatı markanın 55 illik yubileyini qeyd etmək üçün keçirilən tədbirlər çərçivəsində həyata keçirilib və bu, "Range Rover"in dizayn və texnologiya sahəsindəki inkişaflarını nümayiş etdirmək məqsədini güdür .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə