Qəribə qəza: Hind toyuğu bir ailəni az qala öldürürdü

ABŞ-da avtomobili ilə səyahət edən bir ailə yolda ön şüşədən içəri girən bir hind toyuğunun gətirib çıxardığı qəza ilə çaşqın vəziyyətə düşüb. 4 nəfərin yüngül yaralandığı qəza sonrası ortaya olduqca qəribə görüntülər çıxıb.
John Tarabocchia və ailəsi Notre Dame Universitetinə ziyarət üçün ailəliklə mindikləri avtomobildə inanılmaz bir qəza yaşadı. Maşının ön şüşəsinə sürətlə çırpılan hind toyuğu şüşəni qıraraq içəri girib. Paramparça olan şüşə maşındakı 4 nəfəri yüngül yaralayıb. Hadisə yerinə gələn LaPorte şerifi Micheal Kellems "həyatım boyunca belə bir şey görmədim " deyib. Qəribə bir halda hind toyuğunun uçaraq avtomobilin ön şüşəsinə çırpıldığı ifadə edilir.