"Ermənistan başqa dövlətin imkanlarından istifadə edib, təxribata əl atır"




"Ermənistanın heç bir konstruktiv mövqeyi və düzgün yanaşması yoxdur ki, adam onların nə etmək istədiyini anlaya bilsin”.

Bunu Sherg.az-a millət vəkili Rövşən Rzayev deyib. 

Deputat diqqətə çatdırıb ki, ermənilər başqa dövlətlərin imkanlarından istifadə etməklə təxribatlara əl atır:

"Onlarda xarici ölkələrin dəstəyindən istifadə edən lobbidən, cinayətkar ünsürlərdən başqa heç bir müsbət amil yoxdur. Ona görə, düşünürəm ki, belə hadisələrə fikir vermək lazım deyil. Azərbaycan ordusu kifayət qədər güclüdür və istənilən an erməniləri darmadağın etməyə gücü çatır. Onların belə hərəkətlərinə tamamilə, qeyri-ciddi baxıram. Çünki, normal dövlət belə etməz”.

Qeyd edək ki, Ermənilər Azərbaycana qarşı təxribat məqsədilə Facebook sosial şəbəkəsində "HƏRBİ MEDİA" adlı səhifə yaradıb, istifadə edirlər. "HƏRBİ MEDİA" səhifəsində Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşılır.

Aysel Aslan