“Məişət zorakılığı ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması vacibdir”

“Məişət zorakılığı ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması formaları çox həssas məqamdır. Bəzən materialın oxunaqlı olması üçün dolğun informasiya verirlər. Belə məsələlərdə həssas olmaq lazımdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Məişət zorakılığı media müstəvisində” mövzusunda keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, zorakılıq hallarının cəmiyyətə çatdırılması məsələsi çox vacibdir:
“Zorakılıq hallarının cəmiyyətə təqdim edilməsi üzrə maarifləndirmə yüksək səviyyədə həyata keçirilməlidir. Biz düşünürük ki, tvinninq layihələrin uğuru çox olacaq. Gələcəkdə də bu tədbirlərdə Medianın İnkişafı Agentliyi öz dəstəyini verməyə hazırdır”.