Novella Cəfəroğlu: "Biz də Komissiyaya 39 nəfərlik siyahı təqdim etmişik"
Əfv Məsələləri Komissiyasının növbəti iclasının keçirilmə vaxtı müəyyən olunub.
Növbəti iclasın mayın 14-də baş tutması nəzərdə tutulur.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki üç toplantısında əfvlə bağlı 300-dən artıq müraciətə baxılıb.
D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq"ə açıqlamasında bildirib ki, onların siyahısı artıq Əfv Məsələləri Komissiyasına göndərilib:
"Kriteriyalarımıza uyğun, siyasi məhbuslar, cəbhəçilər, redaktorlar, blogerlər, jurnalistlər, hüquq müdafiəçiləri və ömürlük azadlıqdan məhrum edilənlərdən bir neçə nəfəri siyahıya əlavə etdik. Komissiyaya verdiyimiz ümumi say 39-dur. Onların əfv edilməsi arzuolunandır".