ABŞ-ın yeni seçilmiş prezidenti Tramp ölkənin silahlı qüvvələrinin bütün transseksual hərbçilərinin işdən çıxarılmasına səbəb olacaq sərəncam imzalamağa hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Tayms” məlumat yayıb.
“Həqiqi hərbi qulluqçuların sıralarında 15 minə yaxın transgender var və onların tibbi səbəblərə görə xidmətə yararsız kimi tərxis olunması planlaşdırılır. Yeni fərman Trampın birinci prezidentliyi dövründə - 2018-ci ilin martında qəbul edilmiş əvvəlki fərmanla müqayisədə daha sərt olacaq. O zaman respublikaçı transseksualların hərbi xidmətə getməsini qadağan etmişdi, lakin artıq xidmət edənlərə hərbi fəaliyyətlərini davam etdirməyə icazə vermişdi. Yeni fərman hətta silahlı qüvvələrdə karyera qurmağı bacaranların da işdən çıxarılmasını təklif edir. Orduda döyüşçü çatışmazlığı olan bir vaxtda bu insanlar öz mövqelərini tərk etmək məcburiyyətində qalacaqlar”, - mənbə bildirib.