Rusiyanın Bryansk vilayətində dron hücumu nəticəsində iki nəfər ölüb

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Rusiyanın Bryansk vilayətində mikroavtobusa hücumu nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Sherg.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yeqor Kovalçuk məlumat yayıb.

Onun sözlərinə görə, hadisə Poqar rayonunun Borşovo kəndində baş verib. Dron kənd təsərrüfatı müəssisəsinə məxsus mikroavtobusu hədəfə alıb. Hücum nəticəsində iki kişi həyatını itirib, bir kişi və bir qadın yaralanıb.

Yaralılar təcili olaraq yerli xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilir.