Ukrayna ordusu Omskda kimya zavoduna zərbə endirdi

Ukrayna ordusu Rusiyanın Omsk vilayətində kimya zavoduna zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.

Hücumdan sonra müəssisənin ərazisində güclü yanğın başlayıb.

əlumatda qeyd olunur ki, Ukrayna ilə zavod arasındakı məsafə 2 500 kilometrdən çoxdur.

“Omsk kauçuk” müəssisəsi sintetik kauçuk, fenol, aseton və digər kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşıb.

Müəssisədə istehsal olunan sintetik polimerlər rezin-texniki məmulatların hazırlanmasında, xüsusi polimer bağlayıcı materiallar isə “İskəndər-M”, “Topol-M” və “Yars” raket komplekslərinin bərk raket yanacağının istehsalında istifadə olunur.