Pezeşkian: ABŞ ilə razılığa gəlməliyik

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ni müvəqqəti razılaşma prosesini pozmaqda ittiham edib. O, buna baxmayaraq, tərəflərin yenidən danışıqlar masasına əyləşərək razılığa gəlməli olduğunu bildirib.

Sherg.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasında yayımlanan çıxışında Tehranla Vaşinqton arasında müvəqqəti razılaşma əldə etmək prosesinin uğursuzluğa düçar olmasına görə ABŞ administrasiyasını məsul tutub.

Danışıqların aparıldığı vaxt prosesin dayandırıldığını bildirən Pezeşkian buna baxmayaraq, tərəflərin yenidən bir araya gələrək razılaşmanı yekunlaşdırmalı olduğunu vurğulayıb.

Pezeşkian çıxışında deyib: “Danışıqlar aparırdıq, qorxaqlar hər şeyi korladılar. Buna baxmayaraq, gedib bu razılaşmanı yekunlaşdırmalı olduğumuza inanıram”.