Maksim Qalkinin İstanbuldakı konserti ləğv edildi

Rusiyalı yumorist və şoumen Maksim Qalkinin bu gün İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilib. Qərar sosial şəbəkələrdə kütləvi etirazlardan sonra verilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Qeyd edək ki, konsertin İstanbul Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulurdu. Fəallar tədbirin ləğvi ilə bağlı Türkiyənin müvafiq qurumlarına da müraciət etmişdilər.

Xatırladaq ki, Qalkinin İsrail və Qəzza zolağında davam edən müharibə ilə bağlı mövqeyinə görə fəallar onun Türkiyədəki konsertinin ləğvini tələb edirdilər.