Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yeni telefon danışığı hələlik planlaşdırılmır.
Sherg.az xəbər verir ki, Peskov jurnalistlərlə söhbətində iki lider arasında yeni danışıqların nəzərdə tutulub-tutulmadığı ilə bağlı suala “Xeyr, hələlik belə bir plan yoxdur” cavabını verib.
Bundan əvvəl Putin və Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammitində görüşə biləcəkləri barədə məlumat yayılmışdı. Görüşdə Çin Prezidenti Si Cinpinin də iştirak edə biləcəyi bildirilir. Lakin liderlərin görüşü hələ rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, yayılan məlumatda Putin və Tramp arasında əvvəlki danışıqlardan sonra humanitar əməliyyatla bağlı razılaşma əldə olunduğu qeyd edilir.