Fransanın bir sıra şəhərlərində keçirilən etiraz aksiyaları zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib.
Sherg.az xəbər verir ki, Lionda polis təxminən 200 nəfərlik qrupu gözyaşardıcı qazla dağıdıb. Qrenoblda etirazçıların avtomobil yolunu bağlamaq cəhdi qəza ilə nəticələnib, iki nəfər yüngül xəsarət alıb.
Nant şəhərində polis nümayişçilərə qarşı su şırnaqlarından və bibər qazından istifadə edib. Hadisələr zamanı iki nəfər yaralanıb, altı nəfər saxlanılıb. Tuluza şəhərində isə bir nəfərin əlindən ağır xəsarət aldığı bildirilib.
Bununla yanaşı, bir sıra Fransa şəhərlərində 18 yaşadək şəxslər üçün tətbiq olunan qismən komendant saatı oktyabrın 26-dək uzadılıb.