Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından indiyədək 39 media nümayəndəsi həlak olub.
Bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib.
“Milli Jurnalistlər Birliyinin məlumatına görə, genişmiqyaslı işğalın əvvəlindən bu yana 39 jurnalistin həyatına son qoyulub. 8 illik müharibədə biz daha çox itkilər vermişik”, - deyə o, qeyd edib.
Nazirin sözlərinə görə, bu gün jurnalist olmaq həqiqəti bütün dünyaya çatdırmaq üçün canını verməyə hazır olmaq deməkdir.
Mənbə: rbc.ua