BƏƏ rəsmisi: İqlim dəyişiklikləri mövzusunda məhz Bakıda toplaşmaq çox yaxşı haldır

“Azərbaycan tolerantlığın məkanıdır və iqlim dəyişiklikləri mövzusunda məhz Bakıda toplaşmaq çox yaxşı haldır”.
APA xəbər verir ki, bunu Dini Liderlərin Qlobal Sammitinin “Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda keçirilən plenar iclasında Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış nazirliyinin baş direktoru Afra Mohammed Al Saabri deyib.

“Həll yolları göstərməklə haqqından danışdığımız problemlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Bunun isə əsas çıxış yolu ümumi məqsədlər üçün birləşməkdir. Dinlərarası dialoq bir sıra problemlərin həllinə yol tapa bilər. COP29-da təkcə dəyişiklik haqqında düşünməməliyik, həm də bu prosesi hiss etməliyik. Bəşəriyyətin daha sağlam mühitdə yaşaması üçün xidmət, birlik və fədakar əsas amillərdir”, - o əlavə edib.