Amnistiya bu cəzalarla əlaqədar 10 mindən çox şəxsi əhatə edəcək

Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək.