İstanbulda güclü leysan: avtomobillər, tunellər və yollar su altında qalıb


  • Yerli hakimiyyət orqanları 15 sel hadisəsinin qeydə alındığını bildirir

Güclü yağışlar nəticəsində İstanbulda su basması ilə bağlı qeydə alınan halların sayı 1,3 minə yaxınlaşıb. Sherg.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Leysan nəticəsində avtomobillər, tunellər və yolların bütöv hissələri su altında qalıb. Şəhər metrosunun stansiyalarından biri də su basmasına məruz qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 15 sel hadisəsi qeydə alınıb. Hazırda xəsarət alan yoxdur.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində təxminən 8 min fövqəladə xidmət əməkdaşı çalışır.