Texniki nasazlıq səbəbilə Tehran–İstanbul reysi bu gün Təbriz hava limanına eniş etməli olub.
APA-nın Mehr xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “İran Air Tour” şirkətinin Tehrandan İstanbula uçan, 116 sərnişin daşıyan 9700 saylı reysi texniki nasazlıq səbəbilə bu gün saat 18:00-da Təbriz hava limanına məcburi eniş edib.
Məlumata görə, sərnişinlər tranzit zalına aparılıb. Texniki nasazlığın aradan qaldırılması və ya əvəzedici reysin təmin edilməsi istiqamətində tədbirlər görülür.