“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb

Kriptovalyuta bazarında son sutka ərzində kəskin ucuzlaşma qeydə alınıb. Əsas rəqəmsal aktivlərin hamısı dəyər itirib.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 3,51% azalaraq 80 760,38 ABŞ dollarına enib. Kriptovalyuta son 7 gündə 2,31% ucuzlaşsa da, son 30 gündə 3,89% bahalaşıb.

“Ethereum” 6,40% ucuzlaşaraq 2 353,38 dollara, BNB 4,06% azalaraq 715,28 dollara, “Zcash” isə 12,85% geriləyərək 1 102,34 dollara enib.

Digər kriptovalyutalarda da ciddi itkilər qeydə alınıb. “Monero” 2,46% ucuzlaşaraq 540,86 dollara, “Bitcoin Cash” 7,06% azalaraq 260,90 dollara, “Bittensor” isə 7,62% geriləyərək 260,04 dollara düşüb. “Solana”nın qiyməti də 5,47% azalaraq 102,12 dollar təşkil edib.

Qızıl əsaslı kriptovalyutalar da ucuzlaşıb. “PAX Gold” (PAXG) 0,43% azalaraq 4 145,76 dollara, “Tether Gold” (XAUT) isə 0,53% geriləyərək 4 138,77 dollara enib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 4,26% azalaraq 163,33 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,62 trln. dollar səviyyəsinə düşüb.

Analitiklər bildirirlər ki, bazardakı kəskin ucuzlaşma investorların riskli aktivlərdən uzaqlaşması və satış təzyiqinin güclənməsi ilə əlaqələndirilə bilər. Əsas kriptovalyutaların eyni vaxtda dəyər itirməsi satışların genişmiqyaslı olduğunu göstərir. Qiymətlərin sürətlə azalması zamanı kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanması da enişi dərinləşdirə bilər.