Rusiya diplomatları Ankarada saxlanılan Rusiya vətəndaşları ilə şəxsi görüş təşkil edib və onlara lazımi dəstəyi göstərirlər.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Diplomatik nümayəndəlikdən bildirilib: "Səfirliyin konsulluq heyəti saxlanılan Rusiya vətəndaşlarına lazımi dəstəyi göstərir. Noyabrın 5-də onlarla şəxsi görüş təmin etdik. Səfirlik Rusiya vətəndaşlarının hüquq və mənafelərinin lazımi şəkildə qorunmasını təmin etmək üçün imkanları daxilində bütün səylərini göstərəcək".
Rusiya səfirliyi əvvəllər 23 oktyabrda Ankaradakı üç gecə klubuna polis basqınları zamanı 34 rusiyalı qadının saxlanıldığını bildirmişdi. Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, həbslər əxlaq və ictimai təhlükəsizliyin pozulması ilə əlaqədar olub. Rusiya vətəndaşları paytaxtdakı Akyurt deportasiya mərkəzində saxlanılır.