ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Evdə Rusiya və Ukraynanın yüksəkvəzifəli nümayəndələrini bir araya gətirib.
Teleqraf xəbər verir ki, görüşdə Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində əldə olunmuş müvəqqəti atəşkəsin nəticələri müzakirə olunub.
"Mənim vasitəçiliyim ilə əldə olunan razılaşma nəticəsində bölgəyə humanitar yardımlar çatdırılıb və 800-ə yaxın insan təhlükəsiz ərazilərə təxliyə olunub", - Melaniya Tramp qeyd edib.
O, atəşkəsin əldə olunmasında Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin əməkdaşlığını yüksək qiymətləndirib.
Görüş zamanı Ukrayna nümayəndələri Melaniya Trampa sülh təşəbbüslərinə verdiyi töhfəyə görə birinci dərəcəli “Knyaginya Olqa” ordenini təqdim ediblər.