Amnistiya aktının tətbiq ediləcəyi məhkumların sayı açıqlanıb

Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ilkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.