Dubay hava limanı 200-dən çox uçuşu təxirə salıb

Güclü yağışlar və ildırım çaxması səbəbindən Dubay hava limanında 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Life" məlumat yayıb.

Məlumata görə, hava limanında 159 uçuşun gəliş vaxtı, daha 46 uçuşun isə yola düşmə vaxtı gecikib. Doqquz uçuş isə ləğv edilib.