Türkiyə Konstitusiya Məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsdə saxlanılması ilə bağlı fərdi şikayətini rədd edib.
Sherg.az xəbər verir ki, İHA-nın məlumatına görə, məhkəmə İmamoğlunun şəxsi azadlıq və təhlükəsizlik, seçilmək və siyasi fəaliyyətlə məşğul olmaq hüquqlarının pozulması barədə iddialarını əsassız hesab edib.
İmamoğlu həbs qərarının hüquqi olmadığını, həbs müddətinin ağlabatan həddi aşdığını, istintaq materialları ilə tanış olmaq imkanının məhdudlaşdırıldığını və həbsin davam etdirilməsi ilə bağlı qərarlara etirazlarının araşdırılmadığını iddia edərək məhkəməyə müraciət etmişdi.
Konstitusiya Məhkəməsi isə pozuntu iddialarının açıq-aşkar hüquqi əsaslardan məhrum olduğu qənaətinə gələrək şikayətin rəddinə qərar verib.