Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan əslən Qazax rayon Daş Salahlı kənd sakini, Silahlı Qüvvələrin giziri Kərimov Azad Zakir oğlunun həyat yoldaşına yazdığı son məktubu yayılıb.
"Sherg.az" məktubun mətnini olduğu kimi təqdim edir:
Qeyd edək ki, Şəhidimiz ailəlidir, iki oğul övladı var. Onu da yada salaq ki, əfsanəvi döyüşçünün həyat yoldaşı
da şəhid qızıdır. Gizir Kərimovun xanımı Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ müharibəsi şəhidi Azər Hüseynovun övladıdır.
Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-1996-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli olub. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.
Məlumat üçün bildirək ki, gizir Kərimov 44 günlük Vətən savaşında göstərdiyi sücayətə və əfsanəvi qəhrəmanlığa görə, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 5 medalla -"İgidliyə görə" və "Döyüşdə fərqlənməyə" görə və digər medallarla təltif edilib.
Allah rəhmət eləsin!