Tomris Azəri Fuad Muradova təşəkkür etdi

Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri sosial şəbəkədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova i“Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltifə görə təşəkkür edib.
O, öz fikrini aşağıdakı kimi ifadə edib.
“Bizi səmimiyyətlə qarşıladığınız üçün Fuad Muradov sizə və bütün komitəde çalışan hər kəsə təşəkkür edirik.
2014-cü ildən Azərbaycana ilk dəfə gəlirəm. 7 ildir. Diaspor Komitəsinin əvvəlki rəhbərliyi və bizim Vaşinqton rəsmilərinin köməyi ilə Amerikada Azərbaycana qarşı düşmən elan olundum. Həyatımın ən yaxşı illərini Azərbaycan üçün verdiyimi bilərək məni düşmən elan elədilər.
Fuad Muradov ilk dəfə sədr təyin olunanda mənimlə əlaqə saxladı və mənə qarşı olan bütün düşmənçilik və  dedi-qoduları düzəldəcəyini söylədi. Və etdi. Mən buna görə minnətdaram. 7 il Azərbaycanda olmamağım əslində heç nəyi dəyişmədi, insanlar, nazirlər, məmurlar bizim təşkilatımız Azərbaycan Amerika Cəmiyyətinin (ASA) töhfələrini bilirdilər və tanıdılar. Getdiyimiz hər yerdə bizi yüksək qarşıladılar, hər qapı üzümüzə açıq idi, küçədə bizi insanlar, xüsusən də gənclər tanıyırdı. Şuşaya səfərimiz sırf bizim nümayəndə heyətimiz üçün qurulmuşdu, heç ağlıma da gətirmirdim ki, hətta bütün Şuşada olan məmurlar da bizi belə qarşılayacaqlar.
Nümayəndə heyətimiz 7 nəfərdən ibarət idi, bizimlə 3 amerikalı var idi. Onlar vətənimizin hər bir guşəsinin qonaqpərvərliyinə, gözəlliyinə heyran qaldılar. Biz bu səfəri həmişə inanılmaz xatirələrlə yaşayacağıq.
Bir daha təşəkkür edirəm Fuad Muradov! Təşkilatimizin adindan sizə rəsmi təşəkkür məktubu göndərəcəyik. Çox sağ olun”.
Qeyd edək ki, uzun illər idi Amerikada Azərbaycan üçün çalışan Tomris Azəri Diaspor Komitəsinin keçmiş rəhbərliyi tərəfindən qəbul olunmurdu və onun düşmən obrazı formalaşdırılmışdı.