“206”nın sürücüsündən ÖZBAŞINALIQ: “Avtobusu qarajda yox, küçədə...” - FOTOLAR
Fidan Həmişəyeva
12:08 16.03.2020
Cəmiyyət
1527
“Son zamanlar ölkəmizdə koronavirusla bağlı təhlükəli hallar yaşanmaqdadır. Belə olan halda bəzi avtobusların dezinfeksiya tədbirlərindən kənar qalması təhlükəli hesab oluna bilər”
Elməddin Muradlı: “Problemə son qoyulması üçün daşıyıcı şirkətlər istehsalat bazasını yaratmalıdırlar”
İctimai nəqliyyatlar gün ərzində təxminən 6-7 min əməliyyatı yerinə yetirirlər. Ona görə avtobuslarda gündəlik dezinfeksiya işlərinin aparılması vacibdir. Məlumdur ki, avtobus sürücüləri iş saatının sonunda maşını qarajda saxlamalıdır. Qarajlarda nəqliyyatın hərtərəfli yoxlanması, təmizlik işləri, texniki kontrollar və növbəti iş gününə hazırlıq üçün işlər görülür.
Buna baxmayaraq, avtobusu qarajda deyil, yaşadığı evin yaxınlığında saxlayan sürücülərə də rast gəlirik. Görünür, belə sürücülər avtobusu qaraja aparıb növbəti iş günü üçün qaraja üz tutmağa ərinirlər.
Bu günlərdə 206 nömrəli avtobusda oxşar durum yaşanıb. Avtobus sürücüsünün nəqliyyatı “Abşeron” Gənclər Şəhərciyində keçidin altında, yaşadığı evə yaxın yerdə parklamasına dair görüntülər qeydə alınıb. Bu proses yalnız bir və ya iki gün deyil, ötən həftə boyu davam edib. Son zamanlar ölkəmizdə koronavirusla bağlı təhlükəli hallar yaşanmaqdadır. Belə olan halda bəzi avtobusların dezinfeksiya tədbirlərindən kənar qalması təhlükəli hesab oluna bilər.
Hadisəni dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a açıqlamasında bildirib ki, bəzi daşıyıcı şirkətlərin istehsalat bazası, yəni qarajı olmadığı üçün belə problemlər yaşanmaqdadır. Ekspertin sözlərinə görə, bazası məhdud olan şirkətlər də var. Bu zaman qarajlarda bütün avtobusların yerləşməsi mümkün olmur:
“Ona görə də bəzi sürücülər avtobusu evlərinin yanında saxlayırlar. Bunun qarşısını almaq üçün yollar var. Növbəli şəkildə avtobusları qaraja cəlb etmək olar. Məsələn, qarajda saxlanmayan avtobuslara heç olmasa həftədə bir dəfə qarajda saxlanaraq dezinfeksiyaolunsun. Belə hallarda məsuliyyət mühüm rol oynayır. Kiminsə koronavirusa yoluxmasından sonra heç kim araşdırma apara bilməyəcək ki, bu, adam avtobusda yoluxub yoxsa metroda. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırığına əsasən bütün ictimai nəqliyyat növlərində, hətta taksilərdə dezinfeksiya işləri aparılır. Avtobuslarla bağlı yoxlamalarda iştirak edəndə görmüşəm ki, dezinfeksiya işinə ciddi və məsuliy
yətli yanaşan daşıyıcı şirkətlər var. Belə şirkətlər hər axşam lazımlı tədbirləri görməyə çalışırlar”.
Avtobusların qarajdan kənarda saxlanılmasının hər zaman problem olduğunu deyən E.Muradlı bildirib ki, bu problemə son qoyulması üçün daşıyıcı şirkətlər istehsalat bazasını yaratmalıdırlar:
“Çünki bu gün daşıyıcı şirkət deyəndə hansısa avtobus, məsələn, 30 nömrəli maşrutla bağlı yoxlama aparsaq ,görərik ki, o maşrut xəttində 6 sahibkar var. Həmin sahibkarların hərəsinin də 5 avtobusu var. 6 sahibkarın üçünün imkanı yaxşıdı deyə, haradasa qaraj qurublar. Digər sahibkarların avtobusları isə gecələr küçədə qalır. Problem bundan ibarətdir. Vaxtilə ictimai nəqliyyat xaotik bir vəziyyətdə olub.
Ona görə də BNA bu istiqamətdə müəyyən işlər görür. Ölkə rəhbəri də tapşırıq verib ki, ictimai nəqliyyata gəlir mənbəyi kimi baxılmasın. Çünki ictimai nəqliyyat xidmət növüdür. Keyfiyyətli xidmət göstərən şirkət yaxşı pul qazana bilər. Müəyyən tələblərə cavab verən şirkətlər qalır, cavab verməyənlər isə yavaş-yavaş sıradan çıxır. Fikrimcə, bu məsələlər zamanla öz əksini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil