Sabah Bakının R.Cəfərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bununla yanaşı, oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən “Amor” şadlıq sarayına qədər olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iki müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə (C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.