Xameneyi İsraili və ABŞ-ı “sarsıcı cavab” ilə hədələyib

İran Tehrana və Yaxın Şərqdəki İslam müqavimət qüvvələrinə qarşı düşmən addımlarına cavab olaraq İsrail və ABŞ-a ciddi zərbə vuracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneyi bildirib.
“Onlar bilməlidirlər ki, İrana və müqavimət cəbhəsinə qarşı hərəkətlərə görə mütləq sarsıdıcı cavab alacaqlar”, - o deyib.