
Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir - RƏY
11:30 02.11.2024
Gündəm
507
Fransa səfirinin qızışdırıcı bəyanatlar verməsi və yaxud təxribatları, prosesləri nizamlamağa deyil, gərginləşdirməyə xidmət edir
Ermənistanın müdafiə naziri Suren Papikyanla Fransanın səfiri Olivye Dekottini arasında iki ölkənin müdafiə sahəsində əməkdaşlığı müzakirə olunub. Tərəflər Ermənistan ordusunda islahatlar, həmçinin Fransanın iştirakı ilə bu sahədə həyata keçirilən proqramlar ətrafında fikir mübadiləsi aparıblar. Fransanın Ermənistandakı səfiri Olivier Dekottini yerli mətbuata müsahibəsində iki ölkə arasında hərbi-siyasi əməkdaşlığın bütün istiqamətlərinə toxunub. Diplomat Azərbaycanla-Ermənistan arasında sülh danışıqları ilə bağlı rəsmi Parisin mövqeyini açıqlayıb, habelə Avropa İttifaqı missiyasıının gələcək fəaliyyəti, Ermənistanın silahlandırılması mövzularına da toxunub. Dekottini İrəvanda yerli mətbuata müsahibəsində Avropa İttifaqının Ermənistandakı missiyasını genişləndirməyi planlaşdırdıqlarını bildirib. Qeyd edək ki, ötən gün Dekottini Fransa bayrağının dalğalandığı maşınlarda Aİ missiyası ilə birlikdə Azərbaycan tərəfinə boylanan şəxslər arasında olublar. Ümumiyyətlə, son günlər Aİ missiyasının şərti sərhədlərdə aktivliyi artıb.
Politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, son dövrlər Avropa İttifaqının "xüsusi missiya" üzvlərinin Ermənistan-Azərbaycan sərhədlərində aktiv müşahidələr aparması və intensiv "səfərləri" diqqət çəkməkdədir. Ekspert bildirib ki, həmin missiyanın fəaliyyət dairəsi başqa bir suveren, müstəqil dövlətin sərhəd boyu ərazisilərini nəzarət altında saxlamaq, müntəzəm izləmək yox, müharibədən yeni çıxmış Ermənistanla Azərbaycan arasında hər hansı bir insidentin qarşısını almaq, etimad mühiti yaratmaqdır:

"Lakin "xüsusi missiya" razılaşmalardan kənara çıxaraq faktiki Azərbaycan sərhədlərində kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Xüsusən, Zəngəzur dəhlizi ərazilərinə yaxın bölgələrdə tez-tez görünmələri təsadüfi deyil. Görünür, avropalılar ermənidən daha çox erməni olmaq həvəsinə düşüblər. Ələlxüsus Fransa. Fransanın Ermənistandakı səfirinin qızışdırıcı bəyanatlar verməsi və yaxud təxribatları prosesləri nizamlamağa deyil, gərginləşdirməyə xidmət edir. Fransanın İrəvandakı səfirinin Ermənistan sərhədindən Azərbaycanı müşahidə etməsi diplomatik əlaqələr haqqında beynəlxalq konvensiyalara da ziddir. Bu təxribatdır. Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması deməkdir. Məncə, Azərbaycan sərt tədbirlər görərək bu sistemli təxribat cəhdinin qarşısını almalıdır. Ən azından Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir".
Oxşar xəbərlər
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya