Vətəndaşın bank kartından 725 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a bildiriblər ki, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cü il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.