Doğru olaraq bildirilir ki yumurta elə bir məhsuldur, düzgün şərtlərlə saxlandıqda çox gec xarab olur
“Yumurtanın üzərində son istifadə tarixini qeyd etmək, əlbəttə, məsrəfə yol açır, istehlakçı şübhələnərək məhsulu almaqdan çəkinir. Halbuki Avropada yumurtanın üzrəində son istifadə tarixinin göstərilməsi şərti aradan qaldırılıb artıq”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.
Qeyd edək ki, bu günlərdə qardaş Türkiyədə yumurta istehsalı və istehlakı ilə bağlı yeni qaydanın tətəbiqinə başlanılıb. Qardaş ölkədə satışa çıxarılan yumurtaların üzərində son istifadə tarixi qeyd edilməyəcək. Bu barədə Türkiyə mediasında məlumat verilib. Qeyd edilir ki, Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin yumurta satışı və istehlakı ilə bağlı hazırladığı yeni layihədə qeyd edilir ki, bundan sonra yumurtanın “yararlılıq müddəti” əvəzinə “tövsiyə olunan istehlak tarixi” göstəriləcək. Bu tənzimləmə ilə israfın qarşısı alınacaq. Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların çaşdırılmasının qarşısını almaqla onların maraqlarının qorunması və haqsız rəqabətin qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən Türk Qida Kodeksi Yumurta Təbliğatı yenilənəcək. Hazırlanan düzəliş layihəsi ilə yumurtaların saxlama müddəti Avropa İttifaqının müvafiq tənzimləməsindəki “A sinfi yumurtaların istehlakçıya çatdırılma müddəti yumurtlama tarixindən etibarən 28 gündür” ifadəsinə uyğun olaraq tənzimlənir. AB tənzimləməsində "A sinif yumurtalar yumurtlamadan sonra 10 gün ərzində təsnif edilməli, markalanmalı və qablaşdırılmalıdır; yumurtlamadan sonra 10 gün ərzində qeyd olunmayan A sinfinə aid yumurtalar B sinfi (yeyinti sənayesində istifadə olunan) yumurta kimi qəbul edilir". İstiqamət dəyişikliyi də layihə sənədinə əlavə edilib. Yumurtaların israf edilmədən istehlak edilməsi üçün AB-də olduğu kimi rəf ömrü üçün istifadə edilən “son istifadə tarixi” ifadəsi yerinə “tövsiyə olunan istehlak tarixi” ifadəsi işlədiləcək. Yumurta Birliyi başçısı Afyon, mövzu ilə bağlı qiymətləndirməsində, yumurtanın uyğun şərtlərdə saxlanarsa istifadəyə yararlılıq müddətinin uzun olacağına diqqət çəkərək, “yumurtaları bazarlarda 15-20-ci gün alırıq. 35-40 gün evdə soyuducuda saxlayırıq. Sonra da zibil qutusuna atırıq ki daha istifadəyə yararlı deyil. İstehsaldan 40 gün sonra da yumurta uyğun şəraitdə saxlanılarsa istehlak edilə bilər”. deyib. Yumurtanın istehlakçıya çatdırılma müddətinin yumurtlama tarixindən etibarən 28 gün olmasını tövsiyə etdiklərini ifadə edən Afyon, bildirişdəki tənzimləmənin bu mənada doğru qərar olduğunu ifadə edib. Vətəndaşların bu mövzuda məlumatlı olması lazım olduğuna diqqət çəkən Afyon, “qabığı bütünlükdə olan, bakteriya böyüməsinə səbəb olmayan, həddindən artıq istiyə məruz qalmamış və ya tozlu mühitdə qalmamış yumurtaların istifadə müddəti yumurtaları tədarük etdikdən sonra 90 gündür. Meyarlara uyğun olaraq 28 gün əsas götürdük” deyib. Bu mövzuda bazarlarda yoxlamalar aparıldığına diqqət çəkən Afyon, bazarlarda yumurtanın 28 gündən sonra piştaxtalardan toplanacağı meyarın olduğunu bildirib. Bazarlardakı bu yoxlamaların əvvəlki kimi davam edəcəyinə diqqət çəkən Afyon, “Qaralamada “28 gün ərzində son istehlakçıya çatdırılacaq” ifadəsi var, yəni 28 gün sonra istehlakçıya çatmazsa. 28 gün rəflərdən toplanacaq 28 gün rəfdə olan müddət dəyişmir”, söyləyib.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli "Sherg.az"a bildirdi ki, bu cür dəyişikliyin edilməsinə bizdə də ehtiyac var:
- Yumurtanın üzərində istehsal tarixi və son istifadə tarixi qeyd edilir. Alıcı bu tarixlərə baxaraq yumurtaları alır. Görəndə ki istehlak tarixini bitmısinə az müddət qalır, almaqdan çəkinir, almır. Yumurtalar da köhnəlmiş, istifadə müddəti keçmiş adı altında istehsalçıya geri qayıdır. Bu, həm istehsalçıya ziyandır, həm də ümumiyyətlə ərzaq məsrəfidir. Doğru olaraq bildirilir ki yumurta elə bir məhsuldur, düzgün şərtlərlə saxlandıqda çox gec xarab olur. Üzərində çatlaq yoxdursa, gigiyenik çirklənməyə məruz qalmayıbsa, birbaşa günəş şüaları ilə təmas yoxdursa, yumurta uzun müddət xarab olmur, istifadəyə yararlı qalır. Bir halda ki, Avropa Birliyinə daxil olan ölkələrdə yumurtanın üzərində son istifadə tarixinin göstərilməsi şərti aradan qaldırılıb, yaxşı olar ki bizdə də bu şərtin qəbul edilib-edilməyəcəyinin mümkünlüyü məsələsinə baxılsın.