
Ekoloq: İstiləşmənin təsirlərini çox görsək də 2025-ci ildə ciddi faciə yaşamayacağıq
11:12 12.02.2025
Ekologiya
577
2024-cü ildə qlobal temperatur rekord yüksək səviyyəyə çatıb. Bu, planetin 1.5°C-dən artıq istiləşmə dövrünə daxil olmasının əlaməti ola bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, beynəlxalq alimlər qrupunun bununla bağlı tədqiqatlarının nəticələri "Nature Climate Change" jurnalında dərc edilib.
Məqalədə Ümumdünya Meteorologiya Təşkilatına istinadla bildirilir ki, 2024-cü il qlobal temperaturun 1.5°C-i keçdiyi ilk tam təqvim ili olub.
"Son 125 min ildə müşahidə edilməyən bu göstərici ciddi narahatlıq doğurur. Hər əlavə dərəcə daha ekstremal hava şəraiti və biomüxtəlifliyin itirilməsi deməkdir", - deyə alimlər xəbərdarlıq ediblər.
Kompüter modelləşdirməsindən istifadə edən tədqiqatçılar hesab edirlər ki, 2024-cü ildə bu həddin keçilməsi, növbəti 20 illik dövrdə 1.5°C-lik istiləşmənin davam edəcəyinin göstəricisidir.
İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun qiymətləndirmələrinə əsasən, 1.5°C həddində temperaturun saxlanılması qlobal istiləşmənin ən fəlakətli nəticələrindən yan keçməyə imkan verə bilər. Lakin artıq 2024-cü il mümkün gələcəyin reallığını göstərdi: dağıdıcı qasırğalar, yanğınlar və daşqınlar nəhəng iqtisadi zərərə səbəb olub.
Alimlər xəbərdarlıq edirlər ki, 1,5°C-lik istiləşmə mərcan riflərinin 90%-ə qədərinin məhv olması və quru ərazilərində yaşayan növlərin 14%-nin yox olması təhlükəsi yaradır. Əgər temperatur 2°C-yə qədər artmağa davam edərsə, bu Arktika buzlarının və əbədi donuşluğun əriməsinə, metanın ayrılmasına və dünya okeanının səviyyəsinin bir neçə metr qalxmasına səbəb ola bilər.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, 2024-cü ildə 1.5 dərəcə istilik yüksəlməsindən sonra dünyada bir faciə baş vermədisə, 2025-ci ildə də qorxu içərisində yaşamaq lazım deyil:

“Hər şey öz normal axışında davam edəcək. Lakin hansısa ay quraq və ya yağıntılı keçə bilər. Bəlkədə bu yay olacaq, amma hələlik bilmək olmur. Məsələn, iki il əvvəl Bakıda çimərlik sezonu olmadı. O baxımdan da indidən bunu demək bir az çətindir. Amma quraqlıq olacaqsa və havalar isti keçəcəksə bəzi tədbirlərə riayət etməliyik. Əsas məsələ kənd təsərrüfatını qorumaq, xilas etməkdi. Yazda ağaclar çiçəkləyən vaxtda qar yağmasa, şaxta olmasa çox yaxşı olar. Ümumiyyətlə insanları neqativ ilə yükləmək lazım deyil. Hazırlıqlı olmaq lazımdır. İstiləşmənin təsirlərini çox görsək də 2025-ci ildə ciddi faciə yaşamayacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region