30 ildən sonra ilk körpə doğuldu, kəndin əhalisi 20 nəfərə çatdı

İtaliyanın Pagliara dei Marsi kəndində təxminən 30 ildən sonra ilk körpə dünyaya gəlib.

Sherg.az xəbər verir ki, mart ayında doğulan Lara Bussi Trabucco kəndin əhalisini 20 nəfərə çatdırıb və böyük sevinc yaşadıb. Hətta bir çox insanlar yalnız onu görmək üçün kəndə gəlir.

Bununla yanaşı, ölkə üzrə demoqrafik vəziyyət narahatedicidir. Rəsmi məlumatlara görə, İtaliyada doğum səviyyəsi tarixi minimuma enib, gənclərin işsizlik qorxusu və miqrasiya, sosial dəstəyin zəifliyi bu prosesi sürətləndirir. Hökumət “körpə bonusu” tətbiq etsə də, mütəxəssislər və valideynlər bunun problemi tam həll etmədiyini bildirirlər.