"Boeing"in ölüm uçuşları: Hindistan hava fəlakətləri ilə 9 dəfə yadda qaldı
Yusif Nəzərli
15:44 12.06.2025
Gündəm
352
1978-ci ildən bəri Hindistanda 9 dəhşətli təyyarə qəzası baş verib. Qəzaya uğrayan təyyarələrdən 5-i “Boeing 737” olub.
Teleqraf xəbər verir ki, 1978-ci ilin yanvarında Hindistanın maliyyə mərkəzi olan Mumbay sahillərində kapitanın təyyarəyə nəzarəti itirməsi və təyyarənin Ərəbistan dənizinə düşməsi nəticəsində “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədəki 213 sərnişininin hamısı həlak olub.
1988-ci ilin oktyabrında "Hindistan Hava Yolları"na məxsus Mumbaydan Əhmədabada uçan “Boeing 737” təyyarəsi eniş edərkən qəzaya uğrayıb, nəticədə 130-dan çox sərnişin həyatlarını itirib.
1991-ci ilin avqustunda "Hindistan Hava Yollar"ına məxsus Kəlkütədən uçan “Boeing 737” təyyarəsi dağlıq şimal-şərqdəki Manipur əyalətinin paytaxtı İmfal yaxınlığında eniş zamanı qəzaya uğrayıb və göyərtəsində olan 69 sərnişinin heç biri sağ qalmayıb.
1993-cü ilin Aprelində Hindistan Hava Yollarına məxsus “Boeing 737” təyyarəsi qərbdəki Auranqabad şəhərində havaya qalxarkən qəzaya uğrayıb və göyərtəsində olan 55 nəfər həlak olub.
Bundan başqa, 1996-cı il Noyabrda Hindistanın Çarxi Dadri şəhəri üzərində Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus təyyarə ilə "Qazaxıstan Hava Yolları"na məxsus təyyarənin toqquşması nəticəsində 350-yə yaxın sərnişin həlak olub.
2000-ci ilin İyulunda Kəlkütə ilə paytaxt Yeni Dehli arasında dövlətə məxsus "Alliance Air" aviaşirkətinə məxsus təyyarənin şərqdəki Patna şəhərinin yaşayış massivində qəzaya uğraması nəticəsində 50-dən çox sərnişinin biri də salamat qalmayıb.
Həmçinin 2010-cu ilin Mayında Dubaydan uçan “Air India” aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsi ölkənin cənubundakı Manqaluru şəhərinin hava limanında uçuş-enmə zolağından çıxaraq dərəyə çırpılıb, nəticədə göyərtəsində olan 158 nəfər həlak olub.
2020-ci ilin Avqustunda “Air India Express” şirkətinə məxsus “Boeing 737” təyyarəsinin güclü yağış zamanı Kojikode şəhərində uçuş-enmə zolağından çıxaraq vadiyə batması və burnunun yerə çırpılması nəticəsində 21 nəfər ölüb.
Nəhayət, “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsinin iyunun 12-də qəzaya uğraması nəticəsində 242 sərnişin həlak olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol