“Adore” mağazasında (Gənclik Mall” filialı” saxta ətir satışı iddiası var. Bununla bağlı vətəndaş Azad İstehlakçılar Birliyinə şikayət edib.
AİB-dən “Sherg.az”a verilən məlumata görə, vətəndaş Mehdiyeva Gülər Bayram qızı 03 dekabr 2025-ci il tarixində “Adore” mağazasından Tizana Terenzi Kirke (402 AZN, endirimlə 281.40AZN) ətir məhsulu alıb. 
Ödənişi kart vasitəsi ilə edib. Məhsulu açıb istifadə etdikdən sonra onun keyfiyyətinin və qalıcılığının çox aşağı olduğunu müşahidə edim. Məhsulun üzərində üstün notların meyvə notları olduğu göstərilsə də, real istifadədə kəskin və xoşagəlməz qoxu gəlir. Bundan əlavə, flakon üzərindəki seriya kodunun basma üsulla vurulması məhsulun orijinallığı ilə bağlı ciddi şübhə yaradıb. Bununla bağlı mağazaya müraciət edib. Lakin mağaza əməkdaşları məhsulun orijinal olduğunda israr edib və “hara istəyirsiniz şikayət edin” deyərək istehlakçıya qarşı qeyri-ciddi münasibət sərgiləyiblər. Vətəndaş qarşılaşdığı halla bağlı AİB-yə ərizə ilə müraciət edərək istehlakçı hüququnun qorunmasını, ödənilən məbləğin mağaza tərəfindən geri qaytarılmasında ona yardım etmələrini xahiş edib.
AİB sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu, “Adore” mağazası ilə bağlı ilk şikayət deyil:
- “Adore” dan çox şikayət gəlir,çətinlik çəkirəm insanlara kömək etməyə. Vətəndaşın bu şikayət ərizəsini də Antiinhisar Departamentinə göndərmişik. Problemin həll olunacağına ümid edirik.