Ayıq olun! - Sosial şəbəkələrdəki dələduzların "qarmağına" keçməyin
Fidan Həmişəyeva
14:10 29.01.2020
Cəmiyyət
649
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, son günlər sosial şəbəkələrdə, xüsusən İnstaqram platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır:
"Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.
Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik".
Təəssüf ki, sosial şəbəkə üzərindən müxtəlif “xidmət” göstərənlərə aldananların sayı kifayət qədər çoxdur. Saxtakarlıqla məşğul olan şəxslər görəcəkləri iş müqabilində əvvəlcədən ödəniş tələb edirlər. Belə dələduzların “tor”una düşənlər hüquq-mühafizə orqanlarına müraciət etsələr də, artıq iş-işdən keçmiş olur.
Bu cür hallarda DİN-nin görə biləcəyi tədbirlər barədə Sherg.az-a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, polislər belə məqamlarda nə etmək olduğunu yaxşı bilirlər.
Onun sözlərinə görə, DİN-ə yeni nazir təyin olunandan sonra müsbət yöndə islahatlar aparılır:
“Son 4-5 ayda görülən işlər heç 10-15 ildə görülməyib. Nazirlik neqativ hallarda əhalinin ayıq olması üçün xəbərdarlıq edib. Bütün hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir. İnsanların belə hallardan zərər görməməsi üçün onlara tövsiyələr edilir. Polislər belə saxtakarların “qarmağına” keçməmək üçün istifadəçilərə məlumatlar verirlər. Gərək əhali də ayıq-sayıq olsun. İnsanlar avamlıq edirlər və sonra da hüquq-mühafizə orqanlarından yapışıb deyirlər ki, “məni aldadan şəxsləri tapın”.
Hazırda texnologiya çox sürətlə inkişaf etməkdədir. Bu inkişaf bəzi cinayətkar ünsürlərə qol-qanad açması üçün şərait yaradıb. Bəzən texnoloji üsullardan elə formada istifadə edirlər ki, hüquq-mühafizə orqanları həmin işi çox çətinliklə aça bilir. Nazirliyin belə məqamlar zamanı xəbərdarlıq etməsi onun fəaliyyət növlərindən biridir, başqa nə edə bilər ki? İnsanlar gərək aldanmasın. Kimsə aldanıbsa DİN-ə müraciət edəcək, o zaman dələduzluq faktı ilə cinayət işi başlayaraq istintaq tədbirləri aparılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm