"Azadlıq eşqi" ilə evdən qaçan gənclər: Kimdir müqəssir? 

Son vaxtlar evdən qaçan gənclərin sayı durmadan artır. Təəssüflər olsun ki, bunların arasında qızlar çoxluq təşkil edir. Belə bir sual ortaya çıxır ki, Nədir səbəb? Valideyn diqqətsizliyi ya gənclərin özbaşınalığı?

 Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, gənclərin evi tərk etməsinin bir çox səbəbləri ola bilər:            
  

“Yeniyetmələrdə ailə münaqişəsi zəminində narahatlıq hissi, özünü təhlükədə qorumaq cəhdi və yaxud onların "azadlıq eşqi"- nə tutulması onların evdən qaçmasına səbəb olur. Bu yaşda uşaqların beyni qarışıq olur. Mütləq dəstək və nəzarət olmalıdır. Bəzən valideynlə uşaq arasında soyuqluq olur ki,nəticədə hansısa problemi, narahatlığı olduğu zaman valideyninə deyə bilmir. Ailə böyüklərindən qoruxduqları üçün qaçmağ məcburiyyətində qalırlar. Bəzən isə yeniyetmələr onların azadlığının  məhdudlaşdırıldığını düşünürlər. Azadlıq anlayışının fərqli olduğunu zənn edirlər. Evdən getməklə azadlıqlarını əldə edecəklərini düşünürlər. Demək olar ki, çoxu evdən getdikləri üçün peşiman olurlar. Xüsusilə işsiz, evsiz qaldıqda çətinlikləri başa düşürlər. Lakin peşiman olsalar belə utandıqları və çəkindikləri üçün geri qayıtmaqda çətinlik çəkirlər. Bu elə bir vəziyyətdir ki,nə valideyni övladına nəzarət etmədiyi üçün qınamaq nə də ki, məktəbdəki müəllimləri  günahlandırmaq olur. Çünki, müşahidə etsək görərik ki, yaxşı təhsili, daima maraqlanan valideyni  olan uşaqlar belə evdən qaçmağa cəhd edirlər".