“Azərbaycanda koronavirusa qarşı ciddi tədbirlər görülür” - Baş redaktor
Fidan Həmişəyeva
14:49 06.03.2020
Cəmiyyət
892
Bəhruz Quliyev:“Əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi işlər görülür”
“Ölkəmizdə insanların kütləvi toplaşdığı yerlər, təhsil, tədris müəssisələri, ictimai nəqliyyatlarda dezinfeksiya işləri aparılır”
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-yə müsahibə verib. O bildirib ki, koronavirusla bağlı təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var:
“Koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Koronavirus yeni virusdur, bütün dünyada onunla davranma yolu müəyyən edilməyib. Narahatlıq yaradan isə daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı”.
“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev də “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda dünyada koronavirus epidemiyası ilə bağlı problemlər göz qarşısındadır. Amma bu virusu digər infeksiyalarla müqayisə etdikdə onun heç də dəhşətli və ya qorxulu olmadığını görmək mümkündür. Ekspertin sözlərinə görə, koronavirusdan öncə baş verən epidemiya və digər viruslara nəzər saldıqda görərik ki, qədim dövrlərdə sudan, torpaqdan, heyvandan və digər müxtəlif vasitələrdən keçən epidemiyalar kütləvi insan ölümünə səbəb olub:
“Hətta dünya ölkələri arasında epidemiyalardan bioloji silah kimi istifadə edərək süni şəkildə virus ötürməklə müharibə növü kimi istifadə ediblər”.
Koronavirusun o qədər də təhlükəli olmadığını deyən B.Quliyev vurğulayıb ki, digər infeksiyalar kimi bu xəstəlikdən də qorunmağa ehtiyac var:
“İl ərzində müxtəlif respirator viruslardan ölüm hallarının sayı koronavirusdan ölənlərin sayında daha artıqdır. Hər il dünyada 8 mindən artıq insan müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hansısa xəstəliyin yayılmasının qarşısını almaq istəyiriksə, ilk növbədə ondan qorunmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb ki, virusla bağlı ən kritik vəziyyət Çin, İtaliya, Cənubi Koreya və İrandır. Virusun dünyanı ağuşuna almaması üçün digər dövlətlər də infeksiyaya qarşı tədbirlər görür, mühüm addımlar atır”.
Ekspert qeyd edib ki, Azərbaycanda da virusun lokallaşdırılması istiqamətində aiddiyyəti orqanlar tərəfindən ciddi addımlar atılır, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi işlər görülür:
“Ölkəmizdə insanların kütləvi toplaşdığı yerlər, təhsil, tədris müəssisələri, ictimai nəqliyyatlarda dezinfeksiya işləri aparılır. Bununla yanaşı Nazirlər Kabineti tərəfindən virusa yoluxma təhlükəsinə qarşı tədbirlərin görülməsi üçün 10 milyon vəsait də ayrılıb. Hesab edirəm ki, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar da var. Hazırda koronavirusa qarşı konkret vaksin olmasa da, hər gün virusdan sağalanların sayının daha da artması onun o qədər də ağır və təhlükəli olmadığını bir daha sübut edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual